Gərginlik artır: “Neftçi” də “Kəpəz” klubunun səhvini aşkarladı

“Neftçi”nin ötən gün Premyer liqasının 13-cü turunda”Kəpəz”lə səfər oyununda baş verən xoşagəlməzliklə bağlı  yaydığı bəyanatla sizi tanış etmişdik. Allsport.az saytı xəbər verir ki, bundan az sonra Gəncə klubu da oxşar bəyanatla çıxış edib, hətta bakılıların səhvən “Kəpəz”in sabiq rəsmisi Mehman Allahverdiyevin adına məktub ünvanlamasını qabartmışdı.

Bu gün “Neftçi”nin mətbuat xidməti “Kəpəz” rəsmilərinin də oxşar səhvə yol verdiyini üzə çıxaran foto paylaşıb. Sosial şəbəkədə paylaşılan foto ilə əlaqədar bunlar qeyd olunub:

“Bəyanat-bəyanat oynamaq fikrimiz yoxdu. Amma mexaniki səhvdən heç kim sığortalanmayıb. 14.09.2016-cı il tarixdə “Neftçi” klubunun sabiq icraçı direktor Elnur Məmmədovun vəzifəsindən azad edilməsi barədə rəsmi məlumat yaymışdı. Amma bundan 14 gün sonra yəni 28.09.2016-cı il tarixdə “Kəpəz” klubu Elnur Məmmədovun adına məktub ünvanlayıb. Fərq bir dənə ondadır ki, biz “Əlincə” stadionunda heç kimi əl çalmağa məcbur etməmişdik”.

Həmin kateqoriyadan