- Baxış sayı: 39
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
10-12 iyunda Formula-1 Azərbaycan qran-prisi ilə əlaqədar olaraq, 6 iyun gecə 01:00-dan etibarən Bakı şəhər halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Allsport.az saytı xəbər verir ki, hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir.
Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür.