Geniş miqyaslı təlimlər

Bakı şəhər halqası əməliyyat şirkəti marşallar və şirkətin əməkdaşları üçün geniş miqyaslı təlimlər keçir. Allsport.az saytı xəbər verir ki, məqsəd, baş verə biləcək müxtəlif hadisələrə uyğun olaraq təhlükə və maneələrin marşallar tərəfdən tez bir zamanda aradan qaldırılmasına yönəlib.

Avropa oyunları parkında yerləşən Bakı şəhər halqası təlim mərkəzində nəzəri və praktiki hissələr olub. Nəzəri hissədə Bakı yarışının idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılır.

Praktiki hissədə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq edirlər.

Xatırladaq ki, Formula-1 Qətər hava yolları Azərbaycan qran prisi sentyabrın 13-dən 15-dək baş tutacaq və yarış müddətində 1250 marşal cəlb ediləcək.

Ümumilikdə builki Bakı yarışında marşal olaraq iştirak etmək üçün 2800 müraciət daxil olub, bunlardan 2510-u yerli, 290-u isə əcnəbi marşallardır.

Həmin kateqoriyadan