- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Belçika çempionatında 20-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, konfrans liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Kortreyk”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyunda 2:1 hesablı qələbəyə sevinib. “Gent”in hər iki qolunu 7 və 69-cu dəqiqələrdə fərqlənən Huqo Kuypers vurub.
“Gent” bu qələbədən sonra 34 xalla 5-ci pillədə qərarlaşıb.
“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.