- Baxış sayı: 37
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Belçikanın “Gent” klubu konfrans liqasının pley-ofunun ilk görüşündə Bakıda “Qarabağ”a 0:1 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Heyn Vanhazebruq bunu dedi:
“Deməzdim ki, hesabın 0:0 bitməsini istəyirdim. Bizim də imkanlarımız oldu. Fikirləşirdim ki, ilk hissəni 1:0 xeyrimizə bitirəcəyik.
İkinci yarıda rəqib lazımi oyunçuları meydana sala bildi. Bizdə isə əvəzetmələrdə hazır olmayan, gənclər oynadı.
Penalti epizoduna gəlincə, düşünürəm ki, yox idi. Özüm hakimlə VAR komissarının söhbətini eşitdim.
0:1 uduzduq, hələ heç nə itirilməyib. Evdə azarkeş amilindən yararlanmağa çalışacağıq”.