- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Sabah “Qarabağ” konfrans liqasının 1/16 finalının cavab oyununda Belçikada “Gent” klubu ilə üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında meydan sahiblərinin dayaq yarımmüdafiəçisi Jülyen de Sart bunu söyləyib:
““Qarabağ” çoxlu hücum xüsusiyyətləri olan klubdur. Özəlliklə, sol tərəfdən həqiqətən təhlükəlidir. Avropa liqası səviyyəsində olan komandadır. Bu mövsüm bunu artıq sübut ediblər.
Diqqət etməliyik, amma mən bunu səbirsizliklə gözləyirəm. Bu, karyeramda 30-cu Avropa yarışması olacaq və mən hər şeyi vermək üçün motivasiyalıyam”.