- Baxış sayı: 23
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

“Başağşəhər”i məğlub edən (4:1) və ümumilikdə konfrans liqasının 1/4 finalına yüksələn (5:2) “Gent “in hücumçusu Gift Orban unikal nailiyyətin sahibi olub. Allsport.az xəbər verir ki, turnirin rəsmi saytının məlumatına görə, o, UEFA-nın himayəsi altında keçirilən klub turnirlərində ən sürətli het-trikin müəllifi olub.
Nigeriyalı hücumçu 3 dəqiqə 25 saniyəyə 3 qol vurub. O, müvafiq olaraq 31, 32 və 34-cü dəqiqələrdə topu qapıya göndərib. 37-ci dəqiqədə Belçika klubu Uqo Kuypersin əməyi sayəsində daha bir qol vuraraq hesabı 4:0-a çatdırıb. Türkiyə komandası buna ancaq 88-ci dəqiqədə Adnan Yanuzayın qolu ilə cavab verə bilib.