“Gent”in qapıçısı: Bir az bəxtim də gətirdi

“Gent”in qapıçısı Deyvi Rof, konfrans liqasının 1/16 finalında Bakıda “Qarabağ”a qarşı 0:1 uduzduqları ilk oyun barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, belçikalı futbolçu matçın gedişində penaltini dəf etməsinə də toxunub:

“Fasilədən sonra bu nəticə bizi qane etməsə də, 2-ci yarıda “Qarabağ” daha güclü oldu. Beləliklə, qələbə oğurlanmır. Qərar evdə olacaq. Biz bunu edə biləcəyimizi əvvəllər çox göstərmişik. Penaltini dəf etməyimə gəlincə, bir az bəxtim də gətirdi. Çünki yerimdən çox tez tərpəndim. Xoşbəxtlikdən top sol tərəfə istiqamət aldı və mən onu qaytardım”.

Xatırladaq ki, 2-ci yarıda Musa Qurbanlının qapıya zərbəsi nəticəsində top Jordan Torunariqanın əlinə dəydi. Bir neçə dəqiqə sonra oyun durduqda, VAR-a baxıldı və matçın baş hakimi 11-metrlik cərimə nöqtəsini göstərdi. 52-ci dəqiqədə Ramil Şeydayev vuruşunu rəqib qapıçısı qaytardı. Təkrar zərbəyə hücumçumuz yetişə bilmədi.

Həmin kateqoriyadan