Gia Tsetsadze: Mütləq “Qarabağ”a 6:0 hesabı ilə qalib gəlməliyik

““Qarabağ”la oyunda əsas məqsədimiz qələbə qazanmaq olacaq. Əgər biz komandaları maliyyə cəhətdən müqayisə etsək, ortaya Lüksemburqla “Barselona” arasındakı fərq çıxar. Amma indiki halda bizi sadəcə öz futbolumuz maraqlandırır”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze deyib.

Çempionlar liqasının 2-ci təsnifatının cavab görüşündə Tiflisdə “Qarabağ”la qarşılaşacaq Gürcüstan təmsilçisinin mərhələ keçmək ümidi yoxdur. Apasport.az-a görə, rəqib çalışdırıcı “Qarabağ”ı “Barselona”ya bənzədib:

“Problemlər çoxdur və onlardan danışmağa gərək yoxdur. İlk oyundakı hesab çox şey deyir. 20 dəqiqə konsentrasiyanı itirdik və rəqib 4 qol vurdu. Azərbaycan və Gürcüstan futbolu arasındakı fərq aydın görünür. Bunlardan qaça bilmərik”.

Tsedtsadze rəqibin gücündən də xüsusi bəhs edib: “İlk oyunda “Qarabağ” bizə hücum etməyə imkan vermədi. İkinci matçda təbii ki, dəyişikliklər olacaq. Ancaq bu, o demək deyil ki, mütləq 6:0 hesabı ilə qalib gəlməliyik. Bakıdakı görüşün və nəticənin əsas günahkarları mən və mənim oyunçularımdı. Yanvarda bir çox futbolçular komandanı tərk etdi. Onlar olsaydı, başqa cür ola bilərdi. Ancaq bu, futbolun bir hissəsidi. Xüsusi bir şey baş verməyib”.

Gürcü mütəxəssis sonda azarkeşlərə də təşəkkür edib: “Azarkeşlərimizə xüsusi təşəkkür etmək istəyirəm. Hətta 0:5 hesablı məğlubiyyətdən sonra da bizi dəstəkləyirlər, haqqımızda xoş sözlər deyirlər. Onları sevindirmək üçün qələbə qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan