- Baxış sayı: 25
- 29 Mart 2026 14:51
- Baxış sayı: 30
- Mart 29, 2026
- 0
İsveç çempionatında 18-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Göteborq” doğma meydanda autsayder “Falkenberq”lə qarşılaşıb.
Oyun ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Mələklər”in qollarını 60-cı dəqiqədə Martin Smedberq və 83-cü dəqiqədə Emil Salomonsson vurublar.
“Qarabağ”ın rəqibi 32 xalla 16 klub arasında 3-cü pillədədir.