- Baxış sayı: 77
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Bu gün premyer liqanın 20-ci turunda “Turan Tovuz” evdə “Səbail”i qonaq etdi. Allsport.az saytı xəbər verir ki, oyuna üstün başlayan meydan sahibləri 24-cü dəqiqədə Ayxan Hüseynov ilə önə keçdilər.
2-ci yarıda da basqını artıran “göy qurdlar” Luis Paçunun dəqiq vuruşu nəticəsində fərqi artırdılar. 81-ci dəqiqədə Pedro Nuno qonaqları ümidləndirsə də, bundan 5 dəqiqə sonra 2-ci qolun müəllifi yenə fərqləndi (3:1).