Göyçay güləşçiləri Astarada yeniyetmələrin Azərbaycan birinciliyinə hazırlığın son mərhələsində – FOTO

Göyçay rayonunun Bığır kənd orta məktəbində yerləşən Azərbaycan güləş federasiyasının idman zalı yeni sınağa hazırlaşır. Allsport.az saytı xəbər verir ki, söhbət, 15-19 apreldə Astara olimpiya idman kompleksində keçiriləcək yeniyetmələrin Azərbaycan birinciliyindən gedir. Bu, adı çəkilən rayonda ilk hadisədir. Olimpiya və dünya mükafatçısı, 3-qat Avropa çempionu Cəbrayıl Həsənovun doğma torpağında güləşin hər 3 növü üzrə mübarizə aparılacaq. Bığır kənd orta məktəbinin yetirmələri yunan-Roma üsulunda çıxış edəcəklər.

Son dönəmdə Göyçayda güləşin bu növü bir qədər də inkişafdadır. 15 yaşlıların zonasında 16 vəsiqə qazanan “narçılar” , 4-7 martda Gəncədə ölkə birinciliyində komanda hesabında 1-ci olub. Bu uğurda Bığırın güləş məktəbi üstünlük təşkil edib. Məktəbin qurucusu və himayədarı əməkdar məşqçi Namət Şirinovdur. Onunla yanaşı, orada Kamran Baxışov (əməkdar məşqçi, 2-ci dərəcəli beynəlxalq hakim), Xamraz SeyidovƏkbər Məmmədli (milli dərəcəli hakim) və Cəlal Miriyev çalışırlar.

Həmin kateqoriyadan

azenrutr