- Baxış sayı: 44
- 22 Noyabr 2024 23:11
- Baxış sayı: 282
- Dekabr 02, 2024
- 0
Gənclər və idman nazirliyi və Azərbaycan atletika federasiyasının təşkilatçılığı ilə Göygöldə kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib. Allsport.az xəbər verir ki, yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naftalan, Xızı, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Balakən, Bərdə, Gədəbəy, Ordubad və Sədərəkdən olan 200-ə yaxın atlet mübarizə aparıb.
Açılış mərasimində çıxış edən Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov, gənclər və idman nazirliyinin sektor müdiri Sevda Mirzəyeva və Göygöl rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev yarışın əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzulayıblar. Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli ölkə çempionu adını qazanıb.
6 km məsafədə İsmayıllı təmsilçisi Valeri Qrubski, 3 və 2 km-də isə müvafiq olaraq İsgəndər Əsgərov və Rihad Mustafayev qalib olublar. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyaraq növbəti dəfə Azərbaycan çempionu olub.
4 km-də Milana Xəlilova, 2 km-də Zəhra Şirəliyeva, 1 km-də isə Nila Heydərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 10 km məsafəyə qaçışda 40 yaşdan yuxarı atletlər arasında Elmir Əsgərov, 50 yaşdan yuxarı idmançıların mübarizəsində isə Dmitri Liyakov 1-ci yeri tutublar.