- Baxış sayı: 50
- 12 Mart 2026 15:27
- Baxış sayı: 242
- Mart 13, 2026
- 0

Azərbaycan voleybol federasiyasının kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib.
Allsport.az xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında CEV çelenc kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma SK” və Niderlandın “Sliedrecht Sport” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.
Yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frankie Tanti və bolqarıstanlı Bozhidara Mitkova olacaq.