“Gözləyin, mən lüğət alacam”

“Barselona”nın və Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi İvan Rakitiç Avro-2024-də oynayacaq milli komandadakı keçmiş tərəfdaşı, 38 yaşlı Luka Modriç haqda danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, AS-yə açıqlama verib:

“Modriç haqqında nə deyə bilərəm? Gözləyin, mən lüğət alacam. Onun nə qədər böyük olduğunu təsvir etmək üçün bir neçə yeni söz tapmalı olacağam. “Real” azarkeşi olmağınızdan asılı olmayaraq, Luka fərqli bir hekayədir. Bu, ən təmiz formada futboldur. Onun “Real”da və milli komandada əldə etdiyi nailiyyətləri və ətrafındakılarla rəftarını nəzərə alsaq, bu, uşaqlar, futbolçular və jurnalistlər üçün də nümunədir. Futbolu sevənlərimiz onun Real Madriddə oynamağa və bundan həzz almağa davam etməsini istərdik2.

Həmin kateqoriyadan