“Güclü komandaya qarşı oynadıq”

“Roma”nın baş məşqçisi Daniele de Rossi Avropa liqasının 1/2 final mərhələsinin ilk oyununda “Bayer”ə evdə məğlubiyyəti (0:2) şərh edib.

Allsport.az xəbər verir ki, bu barədə o, “Football İtalia”ya açıqlama verib:

“Biz güclü komandaya qarşı oynadıq. “Roma” qoldan sonra oyuna qayıtmaq üçün çox çılğın idi.
Avropada tez-tez birinci qol vururduq və oyun bizim xeyrimizə gedirdi, amma burada əksinə idi. Futbol epizodlardan ibarətdir, əvvəlki matçlardakı səhvlərdən istifadə etdiyimiz halda bu gün tək bir səhvi qeyd etməyimiz haqsızlıq olardı. Bunlar olur.

Bu, Leverkuzenin ilidir, onlar Bundesliqanı qazandılar, onların təkcə keyfiyyəti yox, həm də əla fiziki hazırlığı və dözümlülüyü var”.

Həmin kateqoriyadan