- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Maks Ferstappen bütün çətinliklərə baxmayaraq, İspaniya qran-prisininin qalibi olub. Allsport.az saytı xəbər verir ki, niderlandlı sürücünün 2016-ci ildən sonra bu trasda qazandığı 2-ci qələbəsidir. Gərgin yarışdan sonra “Red Bul”un üzvü sevincini belə bölüşüb:
“Yarış çətin keçdi, hətta trasdan çıxdım, güclü külək bolidin arxa tərəfinin idarəsini itirməyimə səbəb oldu. Bundan əlavə, avtomobildəki DRS (sürüşmə səviyyəsini yüksəltmək üçün sürükləmə azaltma) sistemi qeyri-sabit çalışdığından, mənim işim xeyli çətinləşdirdi.
Yarışın əvvəli çətin başlamasına baxmayaraq, finişə doğru ugurlu nəticə əldə etdik. Təbii ki, yarış boyunca diqqət və konsentrasiyamı saxlamağa çalışdım, çünki belə hallar xoşagəlməz təsir edir.Qalib gəldiyim üçün çox sevinirəm. Komanda yoldaşım Serxio Perez üçün də çox xoşbəxtəm, ”Red Bul” üçün əla nəticə göstərdik!”