- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 141
- Mart 30, 2026
- 0

Premyer liqanın 19-cu turunda “Qəbələ” – “Zirə” matçı dayandırılıb.
Allsport.az saytı xəbər verir ki, güclü qar səbəbindən matçın baş hakimi Əliyar Ağayev 65-ci dəqiqədə futbolçuları paltardəyişmə otağına göndərib.
Yağıntı dayanmadığından görüş təxirə salınıb. Oyun sabah saat 12:30-da Qəbələ şəhər stadionunda dayandırıldığı dəqiqədən davam edəcək.