“Güclü rəqibə qarşı oynayırdıq”

Bu gün ”Zirə” premyer liqanın 12-ci turunda səfərdə “Sabaha”ı 1:0 üstələdi. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Rəşad Sadıqov qələbəyə şərh verdi:

“Emosional oyun alındı. Güclü rəqibə qarşı oynayırdıq. Qarşımızda matça aqressiv başlayan rəqib var idi. İlk yarıda daha çox müdafiə olunurduq, rəqib hücumlar qururdu. Çoxsaylı standart vəziyyətlər oldu. Dönən toplar, zərbələr komanda üzərində basqı yaratdı. İlk hissənin sonunda rəqib emosional addım atdı və qırmızı vərəqə qeydə alındı. Bundan sonra say üstünlüyümüz yarandı. İkinci hissədə komandamız say üstünlüyündən yaxşı istifadə etdi. Aydın məsələdir ki, 10 nəfərlə 11 futbolçuya qarşı oynamaq daha çətindir. Şükürlər olsun ki, ondan istifadə edərək sonda çox vacib üç xal qazandıq”.

Həmin kateqoriyadan