- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0

“Real Madrid”in və Türkiyə millisinin hücumameyilli yarımmüdafiəçisi Arda Gülər Avro-2024-ün 1/8 finalında Avstriya ilə oyunda qol ötürməsi edib.
Allsport.az xəbər verir ki, 19 yaşlı futbolçu 59-cu dəqiqədə küncdən zərbə vurdu və Merih Dəmiral başla topu Avstriya qapısına çatdırıb.
19 yaş 128 günlük olan Gülər Avropa çempionatında Kriştianu Ronaldunu (19 yaş 146 gün) ötərək ən gənc qol ötürməsi edən ikinci futbolçu olub. Rekord 16 yaş 353 gündə Xorvatiya ilə qrup mərhələsində (3:0) Dani Karvaxala bu avroda kömək edən ispan Lamin Yamala məxsusdur.