- Baxış sayı: 284
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

Yunan-Roma güləşi üzrə millimiz avqustun 26-da növbəti təlim-məşq toplanışına start verib. Allsport.az saytı xəbər verir ki, olimpiya güləş mərkəzində hazırlıq sentyabrın 8-dək davam edəcək. TMT qarşıdan gələn dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında baş tutan məşqlər gündə 2 dəfə olmaqla keçirilir. Məşqçilər korpusu yalnız çərşənbə və şənbə günləri bir məşqlə kifayətlənir.
Dünya çempionatı oktyabrın 2-dən 10-dək davam edəcək.