- Baxış sayı: 43
- 03 Fevral 2026 23:04
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Avqustun 1-dən 7-dək Tokio olimpiadasında güləş yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ölkəmizi təmsil edəcək hər 3 növ üzrə komandalarımız son hazırlıq mərhələsinə keçiblər.
Göygöl olimpiya idman kompleksində toplanışını başa vuraraq, Bakıya qayıdan yığmalarımız, səfər ərəfəsində son 1-həftəlik hazırlığı paytaxtda keçəcək.
Bu gün olimpiya güləş mərkəzində bu mərhələyə start verilib. Bu məşqlər əsasən taktiki-texniki çalışmalar üzərində qurulacaq. Olimpiyaçılarımız ölkə xaricindən dəvət olunmuş sınaqçı-rəqiblərlə (sparrinq) birgə təlimi davam etdirəcək.
Qeyd edək ki, komandalarımız Tokioya iyulun 27-də yollanacaq.
