- Baxış sayı: 43
- 03 Fevral 2026 23:04
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

I MDB oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb.
Allsport.az xəbər verir ki, kəmər güləşində Sənubər Nəbiyeva (66 kq) bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallardan 6-sı qızıl, 4-ü gümüş, 12-si bürünc əyarlıdır.
Hazırda Azərbaycan 38 medala (24 qızıl, 6 gümüş, 8 bürünc) malik Rusiyadan sonra ikinci yerdə gedir.