- Baxış sayı: 90
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Premyer liqanın 17-ci turunda “Sabah” səfərdə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Murad Musayev oyun haqda danışıb:
“Araz-Naxçıvan çox yaxşı komandadır. Əgər belə rəqibə qarşı oyunda öz qapına iki qol təşkil edirsənsə, günahkar axtarmaq lazım deyil. Günahkar özümüzük. “Səbail” üzərindəki qələbədən sonra oyuna belə köklənmək olmazdı. Rusiyadan 2-3 yaxşı təklif almışdım. Amma “Sabah”ı tərk etmək fikrim yoxdur”.