Gündüz Abbaszadə “Neftçi”dən uzaqlaşdırıldı

Onu digər həmkarımız Mehman Rəsulov əvəzləyib

Tanınmış yazıçı Çingiz Abdullayevin «Neftçi»nin Müşahidə Şurasına sədr gəldikdən sonra, komandada istefalar başladı. Allsport.az saytı xəbər verir ki, keçmiş klub prezidenti Sadıq Sadıqova yaxın şəxslər zaman-zaman «ağ-qaralar»ın idarə heyətindən uzaqlaşdırıldılar. Bu gün növbə flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadəyə çatıb.

Onun məzuniyyətdə olduğu söylənsə də, həmkarımız komandanın bazasına gələrək, ona məxsus olduğu əşyaları götürüb və kollektivlə vidalaşıb. Aldığımız bilgiyə görə, əslində, keçmiş TV əməkdaşının Sadıq Sadıqovdan sonra könüllü istefa verəcəyi ehtimal olunurdu. Çünki Gündüz Abbaszadəni o zaman kluba bu rəhbər şəxs dəvət etmişdi və «Neftçi İdman Klubu»nun sədri vəzifəsindən ayrıldıqda, onunla birgə bir qrup da istefa vermişdi. Bunlardan biri digər həmkarımız, komanda prezidentinin müşaviri Elnur Əşrəfoğlu idi.

Artıq sözü gedən posta yeni təyinat gerçəkləşib. Gündüz Abbaszadə ilə eyni vaxtda Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində çalışan Mehman Rəsulov onun yerinə keçib.

Mehman

 

Həmin kateqoriyadan