Gürcü futbolçu hamını qabaqladı

Gürcüstan yığmasının hücumçusu Jorj Mikautadze İspaniya la liqasında fevralın ən yaxşı futbolçusu seçilib.

Allsport.az xəbər verir ki, “Vilyarreal”ın heyətində nümayiş etdirdiyi möhtəşəm oyunla diqqət çəkən 25 yaşlı hücumçu, ay ərzində komandasının qazandığı uğurlarda əsas pay sahibi olub.

Mikautadzenin ötən ay ərzindəki performansı kifayət qədər məhsuldar keçib. O, “Espanyol”, “Xetafe”, “Levante” və “Valensiya” klublarına qarşı keçirilən dörd qarşılaşmada iştirak edib. Bu oyunlardan üçündə “Vilyarreal” qələbə sevinci yaşayıb, yalnız bir matçda məğlubiyyətlə barışıb.

Mikautadze ümumilikdə bu dörd matçda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Həmin kateqoriyadan