- Baxış sayı: 37
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 150
- Fevral 02, 2026
- 0

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA inkişaf turnirində ikinci oyununu keçirib.
Allsport.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Moldova futbol federasiyasının texniki mərkəzində keçirilən görüş millinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Yığma turnir çərçivəsində son matçını aprelin 19-da, Bakı vaxtı ilə saat 12:00-da Estoniya qarşı keçirəcək.