- Baxış sayı: 24
- 24 Noyabr 2024 14:57
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Fransanın köklü klublarından olan “Mets”də çıxış edən Jorj Mikautadze 7 il öncə klubun akademiyasına gəlib. Allsport.az saytı xəbər verir ki, burada Rober Pires, Lüi Saha, Emmanuel Adebayor, Miralem Pyaniç və Sadio Mane kimi ulduzların yetişməsinə verdiyi töhfələrlə tanınır.
Tezliklə “xaçlılar”ın “B” komandasına yüksələn gürcüstanlı, təcrübə yığmaq üçün bir müddət icarə əsasında Belçika təmsilçisi “Seren”də çıxış edib. Uğurlu 2i mövsümün ardından “Mets”ə geri dönən Mikautadze, klubun dördillik fasilədən sonra elitaya qayıtmasında böyük rol oynayıb.
Ötən mövsüm liqa 2-də 23 top vuran və 8 ötürmə edən Gürcüstan millisinin üzvü, vurulan 61 qolun 50%-dən çoxunda birbaşa iştirak edib. Nəticədə, “Mets” 72 xalla ikinci pilləni tutaraq elitaya yüksəlib. Mikautadze isə həm mövsümün bombardiri olub, həm də ən yaxşı oyunçusu seçilib.