- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Gürcüstan millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyuna çıxıb. Allsport.az saytı xəbər verir ki, “Neftçi”nin müdafiəçisin yer aldığı komanda “D” qrupunda səfərdə Moldova ilə qarşılaşıb. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.
36-cı dəqiqədə 0:2 hesabıyla məğlub duruma düşən qonşu ölkə futbolçuları qalan dəqiqələrdə buraxılan topların əvəzini çıxa biliblər. Start heyətdə meydana çıxan Georgi Navalovski 90 dəqiqə oynayıb.
“Qəbələ”dən ayrılaraq Qazaxıstan “Tobol”una üz tutan Nika Kvekveskiri də 35-ci dəqiqədən etibarən meydana çıxıb. Qeyd edək ki, Gürcüstan yığması 6 oyundan sonra 3 xalla qrupda 5-cidir.