- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Gürcüstanın baş naziri İrakli Kobaxidze komandanın Avro-2024-ə start verməsi ərəfəsində ölkə yığmasının oyunçularına müraciət edib.
Allsport.az xəbər verir ki, çərşənbə axşamı tarixdə ilk dəfə Avropa çempionatına vəsiqə qazanan gürcülər qrup mərhələsinin ilk turunda Türkiyə ilə qarşılaşacaq. Əvvəllər komandalar öz aralarında beş oyun keçirib, onlardan birində gürcülər, üçündə isə türklər qalib gəlib.
“Gürcüstanlı futbol azarkeşlərinin 30 ildir gözlədiyi gün yetişdi. Bu gün Avropa çempionatında ilk dəfə olaraq Gürcüstan bayrağı dalğalanacaq və Gürcüstan himni səsləndiriləcək. Bu gün hər birimizin yaşayacağı qürur hissi sözlə ifadə olunmazdır. Mən üç ay əvvəl, martın 26-da oğlanların bütün canlarını oyuna qoyacaqlarına və Gürcüstana tarixi qələbə qazandıracaqlarına inandığım kimi, bu gün də oğlanlarımıza inanıram. Bu gün mən də eyni şəkildə inanıram ki, uşaqlar hər üç oyunda canlarını qoyacaqlar… Gürcüstanın qalib gələcəyinə inanıram!”.