- Baxış sayı: 95
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Azərbaycan premyer liqasının XIII turu Davit Volkovun het-triki ilə əlamətdar olub.
Allsport.az xəbər verir ki, gürcüstanlı legionşu “Sabah”ın “Turan Tovuz”la səfər oyununda vurduğu üç qolla komandasına 3:2 hesablı qələbəsində rol oynayıb.
28 yaşlı hücumçu bununla da “bakılılar”ın tarixinə klubun premyer liqadakı ilk het-trikinin müəllifi kimi düşüb.
Volkovun özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası “Sabah”ın qapısına üç qol vurub. 3:3 hesabı ilə bitən həmin matçda da Davit səfərdə het-trik edib.
Bununla da Volkov Azərbaycan çempionatlarında ən çox het-trik edən legionçu statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanın rekordunu təkrarlayıb.