- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

“Ayaks”ın hücumçusu Georges Mikautadze “Monako”nun maraq dairəsindədir.
Allsport.az xəbər verir ki, Moneqasklar artıq 23 yaşlı gürcüstanlı futbolçunun nümayəndələri ilə danışıqlar aparır. Amsterdam klubu futbolçu üçün 15-20 milyon avro tələb edə bilər.
Mikautadze Lionda anadan olub. O, karyerasının böyük hissəsini “Metz”də keçirib. 2023-cü ilin yayında hücumçu “Ayaks” tərəfindən 16 milyon avroya alınıb və 6 ay sonra klub onu yenidən “Metz”ə icarəyə verib.