Həbib Dubayda milyonlar qazanır

UFC-nin əfsanəvi döyüşçüsü Həbib Nurməhəmmədov Rusiyadakı bütün biznes aktivlərindən çıxaraq fəaliyyətini tamamilə Birləşmiş Ərəb Əmirliklərinə keçirib.

Allsport.az xəbər verir ki, dağıstanlı idmançının Dubaydakı illik gəliri təxminən 46-50 milyon dollar civarında qiymətləndirilir.

Nurməhəmmədovun BƏƏ-dəki əsas aktivləri arasında Dubayda başladığı və ildə 6 milyon dollar qazanc gətirən “Həbib Gym” fitnes şəbəkəsi və 1 milyon dollara aldığı, sonradan adını dəyişərək beynəlxalq səviyyəli döyüş liqasına çevirdiyi “Eagle” mühüm yer tutur. Bundan əlavə, o, 2025-ci ilin sonunda yaradılan və real idman aktivlərinin rəqəmsallaşdırılması ilə məşğul olan çoxmilyardlıq “Multi Bank Həbib LLC” müştərək müəssisəsinin həmtəsisçisidir.

2020-ci ildə 29-0 rekordu ilə karyerasını bitirən “Qartal”, hazırda həm uğurlu biznesmen, həm də gənc döyüşçülər üçün məşqçi kimi fəaliyyətini davam etdirir.

Həmin kateqoriyadan