- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Dekabr istirahət günləri, həftəsonu ilə başlayır. Allsport.az saytı xəbər verir ki, azarkeş və proqnozsevərlər üçün isə futboldan gözəl istirahət ola bilməz. Şənbə-bazarın futbol keyfinı çıxarmaq, həm də qazanmaq üçün “Topaz” var. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru həftəsonu öz müştərilərinə 700-ə yaxın qarşılaşma təklif edir. İki gün ərzində “Topaz” müştəriləri ümumilikdə 100-dən artıq matça canlı və “təkli” mərc edə bilər. Bu görüşlər arasında adı xüsusi diqqət çəkən bir neçə oyun var ki, onlara həm azarkeşlərin, həm də bukmekerlerin gözü ilə baxaq.
1 dekabr, 18:30. “Verder”-“Bavariya”
“Bavariya” hazırda yaralı aslanı xatırladır. Komanda son 3 turda bundesliqada qalib gələ bilmir: doğma “Alyans Arena”da “Frayburq” (1:1) və “Fortuna” (3:3) ilə heç-heçələr, üstəlik prinsipial rəqibi “Borussiya Dortmund”a məğlubiyyət (2:3). Hətta ÇL-də “Benfika” üzərində darmadağın da (5:1) maksimalist münhenli fanatlaır sakitləşdirməyib. “Verder”in də vəziyyəti fərqli deyil. 7-ci sıradakı bremenlilər son 4 turda qələbə üzünə həsrətdir. “Bavariya”ya qalib gələcəyi halda “Verder” 4-cü sıranı Münhen klubundan ala bilər. Hərçənd bu o qədər də real görünmür. Bremen təmsilçisi sonuncu dəfə evdə “Bavariya”nı 2006-cı ilin oktyabrında məğlub edib. Prinsipial rəqiblərin duelinə “Topaz”ın təklif etdiyi əmsallar: “Verder”in qələbəsi 5.95, heç-heçə 4.30, “Bavariya”nın qələbəsi 1.35.
1 dekabr, 21:00. “Fiorentina” -“Yuventus”
Son 5 turda ardıcıl heç-heçə oynayan “Fiorentina” A seriyasının yeganə məğlubedilməz komandasını qəbul edəcək. Florensiyalılar oyuna zədəli Pyaca və Pezellasız çıxacaq. “Yuve”də isə Emre Can və Sami Hedira zədəlidir. “Yuventus” həftəiçi ÇL-də “Valensiya” ilə ağır oyun keçirsə də, çətin Florensiya səfərində aşkar favorit olaraq görülür. “Topaz”ın əmsallrı: “Fiorentina”nın qələbəsi 5.20, heç-heçə 3.65, “Yuventus”un qələbəsi 1.60.
1 dekabr, 23:45. “Real Madrid” – “Valensiya”
Hansı vəziyyətdə olmağına baxmayaraq görüşləri hər zaman böyük maraq doğuran iki komandanın dueli. Bu mövsüm qeyri-stabil oynayan “Real” ötən tur şok məğlubiyyətlə azarkeşlərini üzüb. Söhbət “Eybar”a 0:3 hesablı ağır məlubiyyətdən gedir. Düzdür, bundan sonra “Kral Klubu” Çempionlar Liqasında səfərdə “Roma” üzərində qələbə (2:0 ) ilə fanatlarının könlünü müəyyən qədər aldı. Amma hazırda qərarlaşdığı 6-cı sıranı azarkeşləri “Real”a heç cür yaraşdırmır. La Liqada bu mövsün ən çox (8 dəfə) heç-heçə edən iki komandadan biri olan “Valensiya”nın da işləri qaydasında deyil. “Yarasalar” liderlər qrupundan 10 xal geri qalmaqla 11-ci
yerdədir. “Real”ı səfərdə məğlub edəcəyi halda “Valensiya” cədvəldə azı 3-4 pillə irəliləyə bilər. Amma bu da var ki, valensiyalılar “Santyaqo Bernabeu”da sonuncu qələbəsini 10 il əvvəl qazanıb. Tərəflər arasında son 10 qarşılaşmanın hamısı “üst” bitib. Son 14 matçda isə azı 2 qol qeydə alınıb. “Real”da Naço və Kazemiro, “Valensiya”da isə Garay zədə səbəbindən oynamayacaq. “Topaz”da bu maraqlı qarşılaşmaya canlı və “təkli” mərc edə bilərsiz. Əmsallar: “Real Madrid”in qələbəsi 1.40, heç-heçə 4.10, “Valensiya”nın qələbəsi 5.45.
2 dekabr, 17:30. “Feyenoord” – “PSV Eyndhoven”.
Hollandiyanın iki köklü klubu üz-üzə. Keçirdiyi 13 oyunun hamısında qalib gəlməklə unikal nəticəyə imza atan PSV vahid liderdir. 3-cü sıradakı “Feyenoord” liderdən 13 xal geri qalır. Amma bunun o qədər də əhəmiyyəti yoxdur. Tərəflərdən biri hətta autsayderlər qrupunda olsa belə, meydanda güzəştsiz mübarizə gedəcəyi şübhə doğurmur. Rotterdam-Eyndhoven qarşıdurmasına “Topaz”da həm canlı, həm “təkli” mərc edə bilərsiz. “Feyenoord”un qələbəsi 2.70, heç-heçə 3.10, PSV-nin qələbəsi 2.00.
2 dekabr, 18:05. “Arsenal”-“Tottenhem”
“Tottenhem” ardıcıl 2-ci tur London derbisinə çıxacaq. Ötən həftə derbidə “Çelsi”yə dərs keçən hotspurlular bu dəfə gücünü əla mövsüm keçirən “Arsenal”a göstərməlidir. Həmin “Arsenal” ki, avqustun 18-dən bəri keçirdiyi 18 matçın (Avroliqa da daxil olmaqla) heç birində uduzmayıb. “Tottenhem” isə ÇL də daxil olmaqla ardıcıl 6 oyundur meydanı qələbə ilə tərk edir. “Arsenal” qalib gələrsə, 3-cü sıradakı “Tottenhem”lə xalını bərabərləşdirəcək. “Topaz”da London derbisnin əmsalları belədir: “Arsenal”ın qələbəsi 2.40, heç-heçə 3.35, “Tottenhem”in qələbəsi 2.55.
Bundan başqa bazar günü Mersisayd derbisi, “Liverpul”-“Everton” görüşünə və İtaliya A seriyasının maralı görüşlərindən sayılan “Roma”-“İnter” matçına da “Topaz”da mərc etməklə həyəcan qata bilərsiz. Təklif bizdən, dəyərləndirmək sizdən. Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.