- Baxış sayı: 43
- 21 Aprel 2025 10:05

- Baxış sayı: 55
- Aprel 22, 2025
- 0
“Mersedes”in rəhbəri Toto Volf açıqlama verib.
Allsport.az xəbər verir ki, o, Bəhreyndə keçirilən mövsümöncəsi testlərin ikinci gününün nəticələsi haqda danışıb:
“Düzünü desəm, narahatam, çünki bu şəraitdə keçən il Las Veqasda olduğu kimi hamıdan daha sürətli olmalı idik. Ya problemi həll edərək bolidi daha balanslı etmişik, yaxud da bunu edə bilməmişik. Bəzən elə kəsişmələr olur ki, orada səhv dönmə edirsən. Dünən bəzi ideyaları sınadıq, amma alınmadı. Hələ hər şey istədiyimiz kimi deyil.
Yeni avtomobilin keçən ildən daha yaxşı olduğuna dair hiss var, amma rəqiblərimizin proqramlarını bilmirik. Dünən Norris sanki başqa planetdən idi, bu gün Sains və Lüis yaxşı idilər”.