- Baxış sayı: 35
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Komandam çox yorğun idi. Hələ ki, 3 gündən bir oynamağa hazır deyilik. İlk hissədə yaratdığımız epizodları dəyərləndirə bilmədik. Böyük səhvə görə penalti oldu və rəqib bizi cəzalandırdı”.
Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu premyer liqanın ilk turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib. Rumıniyalı mütəxəssisin fikrincə, komandası yenilgiyə layiq deyildi:
“Futbolçularım və mən “Beşikdaş” ilə matçda da qələbə düşünürük, buraya da qələbə üçün gəlmişdik. Düşünürəm ki, məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Hər 2 komanda 1 xal qazansa, daha ədalətli olardı.
Buna baxmayaraq, “Kəpəz”i təbrik edirəm. Həm çempionat həm liqa çətin olacaq. Yenə deyirəm, 3 gündən bir oynamaq çətindir. Xüsusən də belə isti hava şəraitində”.