- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0

“Neftçi” premyer liqanın 2-ci turunda evdə “Səbail” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu bunu söyləyib:
“Fiziki baxımdan bizə çətin idi. Çünki komandada yorğunluq vardı. Rəqib meydançasında epizodları qola çevirə bilmirdik. Oyunların ritmi çox yüksəkdir. Yaxşı məşq etməyə vaxt olmur.
Sabah artıq İstanbula yola düşürük. Kondrans liqası matçından qayıtdıqdan bir gün spnra yenə bizi daxili çempionat oyunu gözləyəcək. Hələ ki, komandanı lazımı səviyyədə bərpa etmək mümkün deyil”.