Həm oyun, həm də qol saylarında “Qarabağ”ın futbolçuları öncüldür

Bu həftə start götürəcək yqni ölkə çempionatında da 8 komanda iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, debütant “Səbail”dən başqa bütün klublar ölkə çempionatının yüksək dəstəsində ən azı bir neçə mövsüm keçirib. Bu üzdən hər klubun premyer liqada öz rekordçuları var. PFL-in rəsmi saytı 7 klubun hər birinin heyətində ölkə çempionatında ən çox oyun keçirən və qol vuran rekordçuların siyahısını təqdim edir:

Klubların çempionatdakı oyun sayında rekordçuları

“Qarabağ” – Aslan Kərimov – 268
“İnter” – Vladimir Levin – 205
“Kəpəz” – Azər Məmmədov – 186
“Neftçi” – İqor Getman – 182
“Qəbələ” – Dodo – 131
“Sumqayıt” – Slavik Alxasov – 126
“Zirə” – Viktor İqbekoyi – 56

Klubların çempionatdakı qol sayında rekordçuları

“Qarabağ” – Müşfiq Hüseynov – 109
“Neftçi” – Samir Ələkbərov – 99
“Kəpəz” – Fazil Pərvərov – 80
“İnter” – Baçana Sxadadze – 31
“Qəbələ” – Viktor Mendi – 29
“Sumqayıt” – Pərdis Fərcad-Azad – 22
“Zirə” – Nelson Bonilla – 14

 

Həmin kateqoriyadan