- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Liverpul”un baş məşqçisi Yurgen Klopp premyer liqanın 28-ci turunda “Mançester Siti” ilə matçda (1:1) hakimlərin işindən narazı qalıb.
Allsport.az xəbər verir ki, bu barədə mütəxəssis BBC-yə açıqlama verib:
“Həmin epizod 100% penalti idi. Bir izahat tapacaqlar. Meydanın istənilən yerində 100% qayda pozuntusu qeydə alınardı və yəqin ki, sarı vərəqə də olardı.
Ətrafımda “ipad”li insanların hamısı qışqırdı: “Vay, hər şey göz qabağındadır!”
Təbii ki, bu, penaltidir, amma bizə imkan vermədilər. Yaxşı, yaxşı, mənim üçün əsas odur ki, biz bugünkü futbolu oynaya bilirik. Mən çox gözəl şeylər gördüm”.