“Həmişə olmaq istədiyim yerdəyəm”

“Mançester Siti”yə məxsus olan “Barselona”nın müdafiəçisi Kanselo gələcək planlarından danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:

“Hazırda mənə heç nə deyilməyib, amma ümid edirəm ki, qala bilərəm. Bunun baş verməsi üçün hər şeyi edirəm. “Benfika”da oynamaq istərdim, amma burada daha bir neçə il keçirmək istəyirəm.

Klubun maliyyə problemlərinin olmasına baxmayaraq, burada olmaqdan şadam. Bu, “Benfika”dan sonra həmişə bəyəndiyim ilk klubdur. Mən həmişə olmaq istədiyim yerdəyəm”.

Bu mövsüm Kanselo bütün turnirlərdə 32 “Barselona” matçında 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan