- Baxış sayı: 61
- 27 Mart 2026 18:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Almaniyanın Şimal-Şərq Regional Liqasında 31-ci turun görüşləri keçirilib. Allisport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun oynadığı “Germaniya Halberştadt” klubu səfərdə “Babelsberq” ilə qarşılaşıb.
Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb – 0:1. Həmvətənimiz bu matçda 90 dəqiqə meydanda olub. Rüfətin komandası hazırda 23 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.