- Baxış sayı: 36
- 27 Noyabr 2024 20:19
- Baxış sayı: 2
- Noyabr 28, 2024
- 0
“Alfa Tauri”nin sürücüsü Yuki Tsunoda müsahibə verib. Allsport.az saytı xəbər verir ki, komanda ötən həftə şou bolidinin və markanın geyim kolleksiyasının təqdimatını keçirib. Yaponiyalı pilotu təqdimatdan sonra həmkarımızla söhbətləşib.
– Keçən mövsüm komanda və sizin üçün çətin oldu, amma bir addım irəlilədiniz.
– Bunun 2 səbəbi var. İlk öncə öz fiziki göstəricilərimi inkişaf etdirdim. Dəqiqəliyimi və konsetrasiyamı yaxşılaşdırmaq üçün çalışdım. 2-ci səbəb isə tərcrübədir. 2022-ci ilin əvvəli inamını itirsəmdə, sonradan özümü ruhlandırmağı bacardım. İndi mən daha yaxşı çıxış edirəm. Bolidin təkmilləşdirilməsində iştirak edərək, öz keyfiyyətlərimi inkişaf etdirirəm.
– Qışda Dubay da məşq edirdiniz. Hazırlıq nədən ibarət idi?
– Bəli mən orada 2 həftə keçirdim. Yeni məşqçim Maykl ilə bərabər fiziki hazırlıq üzərində işlədik. Maykl daha öncə Daniel Rikkardo ilə çalışıb. Əsas məqsədimiz çempionatdan öncə, hazırlıqlı olmaqdır. Hazırlıqda əsasən dözümlülüyə önəm verdik.
– Pilotların nəticələrinə bolidin rəqabət üstünlükləri təsir edir. Yeni mövsüm qarşınıza hər hansısa hədəfləri qoymusunuz?
– Mənim əsas məqsədim hər yarışda xal qazanmağımdır. Kollektiv ilə daha yaxşı münasibətdə oımaq üçün, vəziyyəti nəzarətdə saxlaq istəyirəm. Niyyətim stabil olaraq, təsnifat mərhələsində yaxşı çıxış edərək ,yarişda xal qazamaqdır.
– Bu mövsüm fərqli olaraq 6-sprint yarışı keçiriləcək. Bu,sizin hazırlığınıza necə təsir göstərəcək?
– Əslində bu il sprint yarışlarına görə narahat deiləm. Fikrimcə, yaxşı çıxış edə biləcəm. Cümə günü keçirilən sərbəst yürüşlərdən sonra, ritmə düşə biləcəyəm.
– Yaponiyada keçiriləcək ev yarışınızdan başqa, bu il ən çox hansı qran-prini gözləyirsiniz?
– Bütün yarışları səbirsiziklə gözləyirəm. Bunların sırasında Bəhreyində ilk mərhələni vurğuluya bilərəm. Yaponiya yarışı isə xüsusi olacaq. Həmyerlilərimin qarşısında çıxış etməyə çox səbirsizlənirəm. Suzukada əsil bayram abu-havası olacaq. Eynən Las Veqasdakı kimi, amma şəxsən mən Yaponiyanı seçəcəm!