- Baxış sayı: 81
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 81
- Dekabr 05, 2025
- 0

Avropa liqasının pley-off mərhələsində “Qarabağ” Varşavada “Legiya” ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, Polşada yaşayan azərbaycanlılar bu oyun üçün səfərbər olublar.
Ağdam klubu hoteldən stadiona yollanarkən həmyerlilərimiz futbolçuların yanında olacaq, ruhlandıracaq və Azərbaycan-Türkiyə bayraqları dalğalandıracaqlar.
Oyun azarkeşsiz keçiriləcəyi üçün azarkeşlər stadiona girə bilməyəcəklər. UEFA-nın qərarına əsasən, stadionun ətrafına da kənar şəxslər buraxılmayacaq. Bu səbəbdən həmyerlilərimiz matçı Varşavadakı Azərbaycan evindən izləyəcəklər.