Həmyerlimiz Latviya çempionatında ən baxımlı qol vuranlar arasında

Latviya optibet virsliqasının cari mövsümünün ən yaxşı qolunun müəllifinin müəyyənləşdirilməsi üçün, ölkənin “tvnet” portalı tərəfindən səsvermə elan edilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı legionçu Vüqar Əsgərov da namizədlər arasındadır.

“Dauqavpils” klubunun 33 yaşlı hücumçusu Yurmalanın “Spartak” komandası ilə oyunda 2 qol vuraraq komandasına qələbə qazandırıb. Onun toplarından biri çempionatın ən yaxşısı ola bilər.

Hazırda həmyerlimiz Latviya çempionatında bombardirlər siyahısına başçılıq edir. Onun hesabında 5 qol var.

Həmin kateqoriyadan