- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0

İyunun 1-i yayılan xəbər Azərbaycan futbolunu kədərə boğdu. Allsport.az xəbər verir ki, “Neftçi”nin unudulmaz hücumçularından Səmədağa Şıxlarov faciəvi şəkildə vəfat edib.
Stajlı azarkeşlər onun “Neftçi”dəki oyununu yaxşı xatırlayır.
Avropanın ən yaxşı qolkiperlərindən “Spartak”çı Renat Dasayevə SSRİ çempionatlarında ən çox qol vuran oyunçulardan biri idi Şıxlarov.
Ömrünün son illərində isə Azərbaycan futbolunun ehtiyac duymadığı, çarəsizlikdən iş üçün Həndbol Federasiyasına üz tutan futbol veteranımız idi Səmədağa müəllim.
Tanınmış jurnalist İlkin Fikrətoğlu növbəti videosüjetində mərhum Səmədağa Şıxlarovdan bəhs edir.