- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 48
- Noyabr 21, 2024
- 0
Pandemiya “İdman akademiyası”nın keçmiş həndbolçusu İlona Bəkirovanı küncə sıxışdırıb. Allsport.az saytının məlumatına görə, artıq aylardır vətəni Ukraynadan kənara çıxa bilməyən model, yeni fəalliyyəti ilə tam məşgul ola bilmir. Yayı doğma Odessanın çimərliklərində keçirən 26 yaşlı gözəlçə, bu günlərdə “Çernomoreç” stadionunda poz verib.
Adı çəkilən arena azərbaycanlılara yaxşı tanışdır. Həmyerlimiz Əhməd Ələsgərov 1973-77-ci illərdə bu klubun baş məşqçisi olub və uğurlar qazanıb. Onun gəlişindən 1 mövsüm sonra, qara dənizlilər SSRİ çempionatında Güclülər dəstəsinə çıxıb.
“Çernomoreç”in 1975-ci ildə avrokubokda debüt etməsi də azərbaycanlı mütəxəssisin adı ilə bağlıdır. 1 sentyabr 2012-ci ildə komandanın futbol şöhrəti xiyabanında onun da adı yer alıb. Bakılı çalışdırıcı 19 may 2015-ci ildə Odessada dünyasını dəyişib.