“Hər 2 hissədə oyunda üstün olduq”

Bu gün “Turan Tovuz” premyer liqanın 33-cü turunda evdə “Zirə”yə 1:2 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov bunu söylədi:

“Əlbəttə, üzücü məğlubiyyətdir. Hər 2 hissədə oyunda üstün olduq. Sadəcə, fərdi səhvlər nəticəsində yenildik.

Çempionatın sonudur, gərginlik var. Futbolçular bunun altında çətinlik çəkirlər. Son turlara qədər avrokubokda düşmək fürsətimiz vardı.

Bundan sonra çalışmalıyıq ki, mübarizəni yüksək ovqatla bitirək, həm olmasa, 1 pillə irəliləyək. İddialı olmaq üçün güclənməliyik. Bir də, fikirdə düzgün olmalıyıq. Uğura birdən yetişmək olmur. Buna zaman lazımdır”.

Həmin kateqoriyadan