- Baxış sayı: 20
- 25 Noyabr 2024 10:40
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Kəpəz”in Yevlaxda davam edən təlim-məşq toplanışına əvəzedici heyətdən dörd futbolçunun dəvət edilməsi haqda xəbər yazmışdıq. Allsport.az xəbər verir ki, qapıçı Ülvi Quliyev, yarımmüdafiəçilər Rəhman Allahverdiyev, Əli Səmədov və Sahib Abbasov üç gündür ki, əsas komandanın hazırlıqlarında iştirak edir.
Klubun mətbuat xidmətinə açıqlama verən Səmədov məşqlər haqda fikirlərini bölüşüb: “Toplanış normal gedir, səylə hazırlaşırıq. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Şahin müəllim kimi təcrübəli məşqçinin rəhbərliyi altında çalışmaq çox xoşdur”.
18 yaşlı orta xətt oyunçusu əsas komandadan dəvətin özü üçün sürpriz olmadığını da söyləyib: “Əsas komandaya dəvət alacağımı gözləyirdim. Çünki baş məşqçimiz Şahin Diniyev gənclərə şans verən məşqçilərdəndir. Əvəzedici komandanın məşqlərində və oyunlarda əlimdən gələni edirdim ki, diqqəti cəlb edim. Onu da deyim ki, Şahin müəllim oyunumuza gəlib baxmışdı və məni bəyəndiyini eşitmişdim”.
Səmədov əvəzedicilərin çempionatında hər üç turda meydanda olub. Start heyətində yer alan futbolçu bütün oyunları əvəz olunmadan keçirib. O, əsas komandanın heyətində də forma geyinməyi arzulayır: “Şəmkir”lə yoxlama oyununda meydana çıxıb özümü göstərmək istəyərdim. Düzdür, tək bir oyunla nəsə alınmaz. Amma qarşıdakı oyunlar və ya toplanışlar üçün yenə dəvət gözləyəcəyəm. Hər bir gəncəli futbolçu “Kəpəz”in əsas komandasında çıxış etmək arzusundadır”.