“Hər il daha maraqlı çempionat olur”

Ötən həftə çimərlik voleybolu üzrə ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, qadınlarda qalib adını qazanan “Azərreyl-1” klubunun üzvü Larisa Smelçova sevincini bölüşüb:

“Bu il yeni qaydalarla və fərqli formatda keçirilən yarışda “Azərreyl-1” klubunda çıxış etdim. Bu mövsüm mənim komanda yoldaşım da dəyişmişdi. Buna baxmayaraq, biz uğurlu çıxış etdik. Belə deyə bilərəm ki, “Azərreyl” klubu çimərlik voleybolunda da çempionluq seriyasını davam etdirir.

Biz çempion olduq və beynəlxalq yarışda ölkəmizi təsil etmək hüququ qazandıq. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Hər il daha maraqlı çempionat olur. İnanıram ki, bu cür yarışlar və yüksək səviyyəli təşkilatçılıq Azərbaycanın çimərlik voleybolu üçün böyük uğurlar qazandıracaq”.

Həmin kateqoriyadan