- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 39
- May 11, 2026
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan yığası VI İslam həmrəyliyi oyunlarını gümüş medalla başa vurub.
Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışın finalında yığmamız Türkiyə millisi ilə üz-üzə gəlib. Görüş rəqibin üstünlüyü ilə yekunlaşıb. Hər üç setdə qalib gələn Türkiyə komandası qızıl medalın sahibi olub.
Beləliklə, Azərbaycan komandası VI İslam həmrəyliyi oyunlarını gümüş medalla tamamlayıb.
Final, 13 noyabr
Azərbaycan – Türkiyə 0:3 (14:25, 10:25, 18:25)